4 May 2022 11:15
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi əməliyyatların Rusiya ərazisinə keçməsi ehtimalı, şübhəsiz ki, var, amma bu, bir çox amillərdən asılıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Bu, bir çox amillərdən asılıdır. Bəlkə də Belqorod, Kursk və Bryanskda xalq respublikaları elan ediləcək”. - Danilov bildirib.

Eyni zamanda, o söyləyib ki, Silahlı Qüvvələr heç kimdən Ukraynanı necə qoruyacağını soruşmayacaq:

“Müstəqilliyimizə gəlincə, Putinin etdiklərindən sonra biz bunu özümüzə uyğun şəkildə müdafiə edəcəyik. Bunu heç kimdən, o cümlədən ondan soruşmayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər