Bu gün axşam saatlarında Ukraynanın Odessa şəhəri raket hücumuna məruz qalıb.
Teleqraf.com UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, Qara dənizdən atılan raketlərdən biri havada zərərsizləşdirilib. Digər ikisi istirahət evinə düşərək dağıntı törədib. Hücum zamanı insan tələfatı qeydə alınmayıb.