İsveçin hakim partiyası mayın 15-də NATO-ya üzvlüklə bağlı qərar verəcək.
Teleqraf.com xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö bu həftə proqrama dəstəyini açıqlayacaq. Niinistönin mayın 12-də verəcəyi bəyanat Şimali Avropanın təhlükəsizlik xəritəsini dəyişəcək.
İsveçdə Sosial Demokrat Partiyasının katibi Tobias Baudin İsveç ictimai radiosu SR-ə bildirib ki, hələ qərar verilməyib. “Mayın 15-də bununla bağlı qərar veriləcək, partiya rəhbərliyi öz mövqeyini bildirəcək”.
İsveçin ən böyük partiyası olan Sosial Demokratlar bu həftə rəhbərlik tərəfindən yekun qərar qəbul edilməzdən əvvəl üzvlərin NATO-ya qoşulması ilə bağlı fikirlərini öyrənmək üçün partiya toplantısı keçirəcək.