Türkiyə ordusunun İraqda keçirdiyi əməliyyat zamanı PKK-nın daha 10 terrorçusu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da "Pençe Kilit" əməliyyat zonasında zərərsizləşdirilən terrorçuların ümumi sayı 95-ə çatıb.
Türkiyə ordusunun Şimali İraqda sərhədyanı əməliyyatı aprelin 18-dən həyata keçirilir. Buraya aviasiya və xüsusi təyinatlılar daxildir.