Mayın 15-də Yaponiyada koronavirusa 35008 yeni yoluxma halı qeydə alınıb, 25 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə və yerli bələdiyyələri məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, bazar günü EKMO süni qan dövranı aparatına qoşulanların sayı 139 nəfər təşkil edib. Bu, şənbə gününün göstəricisindən 14 nəfər azdır.