Rusiyanın diversiya-kəşfiyyat qruplaşmaları Sumı vilayətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Düşmən Şostka rayonunun sərhəd bölgəsini minaatanlardan, qumbaraatanlardan, pulemyotlardan və kiçik çaplı silahlardan atəşə tutub”, - açıqlamada qeyd edilib.
DSX-nin məlumatına görə, düşmən təxribat və kəşfiyyat qruplaşmaları bölgəyə daxil olmağa cəhd edib. Ukrayna sərhədçiləri diversantlara qarşı döyüşərək onları dövlət sərhədindən çəkilməyə məcbur ediblər.