16 May 2022 15:49
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna alyansın tələblərinin əksəriyyətinə cavab verərsə, NATO-ya üzv ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin deyib.

“Finlandiyanın üzvlüklə bağlı fəaliyyət planı olmadan NATO-ya qoşulmasının mümkünlüyünə gəlincə, bu, heç vaxt alyansa üzv olmaq üçün qanuni tələb olmayıb. Buna görə də Ukrayna da alyansa üzvlüklə bağlı fəaliyyət planı olmadan qoşula bilər. Bununla belə, mən bunu qısaldılmış prosedur adlandırmazdım”, - amerikalı diplomat bildirib.

Kvin qeyd edib ki, üzvlüklə bağlı fəaliyyət planı üzv dövlətə uyğunlaşma tələblərinə cavab verməyə imkan verən mexanizmdir və əgər dövlət artıq bütün tələblərə cavab verirsə, üzvlüklə bağlı fəaliyyət planına ehtiyac qalmır:

“Buna görə də, ya Ukrayna, ya da hansısa bir ölkə tələblərin əksəriyyətinə cavab verirsə, üzvlüklə bağlı Fəaliyyət Planı lazım olmur”.

Qeyd edək ki, Finlandiya və İsveç üzvlüklə bağlı rəsmən NATO-ya müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər