Oxşar xəbərlər
Ermənistandakı etirazlar bu ölkənin daxili işidir, Rusiya buna qarışmır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Bu, Ermənistanın daxili işidir – orada baş verən hər şey və Ermənistanın ali rəhbərliyinin gündəmə gətirdiyi hər şey. Biz bunu bilirik və bu proseslərə qarışmırıq”, - nazir müavini jurnalistlərə açıqlamasında deyib.
Aprelin 25-dən etibarən müxalifət Ermənistanın hər yerində ölkənin indiki hakimiyyətinin siyasətinə qarşı etiraz aksiyaları keçirir.