18 May 2022 22:39
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ankaranın “F-16” tələbinə “yaşıl işıq” yandırması Türkiyə əleyhinə olan lobbiləri hərəkətə gətirib.

Teleqraf.com xəbər verir ki, yeddi lobbi təşkilatı “F-16”ların Türkiyəyə satışı prosesini dayandırmaq üçün fəaliyyətə başlayıb.

Məlum olduğu kimi, Türkiyə ABŞ-dan 40 ədəd “F-16” və 80-ə yaxın modernizasiya dəsti almaq üçün müraciət edib. Co Bayden administrasiyası Konqresə “F-16”ların satışı ilə bağlı məktub göndərib. Konqresdən Türkiyənin “F-16” donanması üçün qabaqcıl silah və digər avadanlıqların satışına icazə verilməsi istənilib.

Bayden hökumətinin bu tələbindən sonra ABŞ-da fəaliyyət göstərən 7 lobbi təşkilatı, o cümlədən Amerika Erməniləri Milli Komitəsi (ANCA) “F-16”ların satışına qarşı olduqlarını bildiriblər.

Senat, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi və Silahlı Qüvvələr Komitəsinin rəhbərlərindən Bayden hökumətinin Türkiyə ilə bağlı tələblərini rədd etmələri istənilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər