27 Noyabr 2014 21:22
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Kərkük şəhəri yaxınlığında kürd peşmərgə qüvvələri ilə İŞİD qüvvələri arasında döyüşlər gedir. Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, İŞİD Kərkük yaxınlığındakı bir neçə kəndə eyni vaxtda hücum edib. İraq ordusu və Peşmərgə qüvvələri birlikdə İŞİD-ə top, mərmi və avtomat silahla qarşılıq verib.

Atışma zamanı bölgəyə xeyli sayda əsgər yeridilib. Peşmərgə də əlavə qüvvələr cəlb edib. Gücləndirilən anti-İŞİD qüvvələri İŞİD-ə qarşı əks-hücuma keçib və 4 ayrı əməliyyata başlanılıb. Kərkük yaxınlığındakı Təlilvərid kəndində xeyli sayda İŞİD döyüşçüsünün meyidinin aşkar edildiyi bildirilir. Həmin kəndin böyük bir hissəsi bir müddət əvvəl İŞİD-in əlinə keçmişdi.

Dünənki əməliyyatdan əvvəl də ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının havadan Peşmərgəyə dəstək olaraq endirdiyi aviazərbələr nəticəsində də azı 25 İŞİD döyüşçünün öldürüldüyü bildirilir.


Müəllif: