20 May 2022 10:40
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya rəsmi müraciət edən Finlandiya və İsveç üzvlük prosesini sürətləndirsə də, son sözü Türkiyə deyəcək.

Teleqraf.com xəbər verir ki, PKK/YPG terrorizminə verdiyi dəstəyə görə Türkiyənin üzvlük prosesinin bloklaması ilə üzləşən hər iki ölkə yaxın günlərdə Ankaraya nümayəndə heyəti göndərməyə hazırlaşır.

Məlumata görə, Ankara bu prosesdə iki ölkə üçün ayrıca yol xəritəsi müəyyən edib. Türkiyənin terrorizmlə iç-içə olan İsveçə qarşı mənfi münasibətini davam etdirdiyinə diqqət çəkən təhlükəsizlik mənbələri Finlandiyaya qarşı daha yumşaq mövqeyə malik olduğunu bildirirlər.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ötən gün ABŞ-da verdiyi açıqlamada Türkiyənin narahatlığını bir daha təkrarlayıb.

Çavuşoğlu deyib: “Türkiyə həmişə NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Bununla belə, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları və gözləntilərinin də qarşılanması lazımdır. Düşünürük ki, bu mövzuda dost və müttəfiq olaraq danışıqlarımızı davam etdirməliyik. Əminik ki, keçiriləcək görüşlər nəticəyönümlü və müsbət olacaq”.

Bu arada, Finlandiya və İsveçin NATO-dakı daimi nümayəndələri ölkələrinin alyansa üzvlük ərizələrini təqdim etdikdən sonra səfirlər səviyyəsində görüş keçirilib. Məlumata görə, Türkiyə iki ölkənin üzvlük danışıqlarının başalamasına blok qoyub.

İsveç və Finlandiyanın üzvlük müraciətlərinin müzakirə edildiyi Almaniyada keçirilən NATO Xarici İşlər Nazirləri toplantısında Mövlud Çavuşoğlu ilə isveçli həmkarı Ann Linda arasında şifahi müzakirə olduğu üzə çıxıb.

Görüşlə bağlı “Türkiyə” qəzeti rəsmi mənbəyə istinadən bunları yazıb:

“Bu, bizim üçün tarixi an idi, amma Çavuşoğlu Lindanın feminist siyasətindən narahat olduğunu, bunun çox dram gətirdiyini deyib. Qəzetimizə danışan rəsmi bir şəxs otaqdakı bir çox insanın gərginliyi artırmamaq üçün sükuta üstünlük verdiyini bildirib.

Müzakirədən sonra türk diplomatlar Çavuşoğlunun Türkiyənin mövqeyini hörmətlə ümumiləşdirdiyini vurğulayıblar. Bu gəlişmədən sonra Çavuşoğlunun 2020-ci ildə Ann Linda ilə mətbuat konfransındakı çıxışı sosial şəbəkələrdə yenidən gündəm olub.

Çavuşoğlu Lindanın Suriya ilə bağlı açıqlamalarına belə reaksiya verib: “Kimdən aldığınız səlahiyyətlə Türkiyənin Suriyadan çəkilməsini istəyirsiniz, yaxud Türkiyəyə xəbərdarlıq edirsiniz? Suriyadakı rejim İsveçə və ya Avropa Birliyinə belə bir səlahiyyət verib? PKK və YPG-ni niyə dəstəkləyirsiniz?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər