“Rusiya, LXR və DXR silahlı qüvvələrinin qruplaşmaları Donbas əraziləri üzərində nəzarəti genişləndirməyə davam edir, LXR-in azad edilməsi əməliyyatı başa çatmaq üzrədir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin kollegiyasında onun rəhbəri Sergey Şoyqu bildirib.
“Rusiya silahlı qüvvələrinin qrupları Luqansk və Donetsk xalq respublikalarının xalq milisləri ilə birlikdə Donbass əraziləri üzərində nəzarəti genişləndirməkdə davam edir. Luqansk Xalq Respublikasının azad edilməsi başa çatmaq üzrədir”, - S.Şoyqu belə deyib.
S.Şoyqu, həmçinin qeyd edib ki, xüsusi əməliyyat başlayandan indiyədək “DXR”, “LXR” və Ukraynadan təxminən 1,4 milyon insan Rusiyaya təxliyə edilib.