20 May 2022 18:56
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zərərsizləşdirilmiş komandiri Qasım Süleymaninin kürəkəni mülki təyyarələrlə İrandan Livana silah daşıyır.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichai Adrai bildirib.

2020-ci ildə ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən Qasım Süleymaninin qızı ilə evli olan Seyid Rza Haşim Safi ə-Dinlə bağlı əməliyyatın təfərrüatı ictimaiyyətə açıqlayıb.

Süleymaninin kürəkəni Hizbullahın icra şurasının rəhbəri Haşim Safi əd-Dinin oğludur və təşkilatın bəzi üzvləri onu Həsən Nəsrullahın potensial varisi kimi qələmə verirlər.

"Haşim Safi a-Din Hizbullah şiə əhalisi ilə fəal işləyir, Livanda tanınmış simalar ilə əlaqə saxlayır və media ilə əlaqələrə nəzarət edir. Biz onun izinə düşmüşük", deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər