Rusiya ordusu səylərini əks-hücum zamanı Ukrayna hərbçilərinin geri qaytardığı Xarkov yaxınlığındakı mövqelərini bərpa etməyə yönəldib.
Teleqraf.com xəbər verir ki, köhnə mövqelərinə qayıtmağa çalışan rus qoşunları Xarkov yaxınlığında itkilər verməkdə davam edir.
Bu dəfə İzyum rayonundakı sursat anbarı Ukrayna ordusunun hədəfində olub.
Bu gün yayımlanan videoda Ukraynanın zərbəsi nəticəsində Rusiya Silahlı Qüvvələrinə məxsus silah-sursat anbarı partlayıb və geniş ərazi də yanıb.