Ukraynanın Xarkov vilayətində azad edilən ərazidə 63 rus əsgərinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi Ukraynanın azad edilmiş əraziləri təmizləyən Silahlı Qüvvələrinin kapitanı Anton İvannikov bildirib.
"Ukrayna hərbi komandası cəsədləri toplayır. Rus ordusu çıxarılandan sonra Tsirkuni, Malaya Roqan və Olxovkadan 63 cəsəd toplanıb. Malaya Roqanda 5 yanmış cəsəd tapılıb. Onları ruslar özləri yandırıb".
İvannikov qeyd edir ki, Rusiya hərbi qurumları ölülərini aparmır. Onların cəsədləri dəyişdirilə bilər.