26 May 2022 15:45
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada səfərdə olan Finlandiya Baş naziri Sanna Marin İrpendə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İrpen Şəhər Şurası məlumat yayıb.

Açıqlamada müharibə zamanı şəhərin 70 faizdən çoxunun zədələndiyi bildirilib.

“Qonaqlar işğalçıların arxalarında qoyub getdikləri “Rusiya sülhü”nün nəticələrini öz gözləri ilə gördülər. Eyni zamanda, şəhərimizin yenidən qurulmasına kömək məsələsini müzakirə etdilər”, - şəhər şurasının katibi Angela Makeyeva deyib.

Şəhər rəhbərliyi Finlandiyaya Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyinə, hərbi dəstək və yardımına, eləcə də Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində iştirakına görə təşəkkür edib.

Sanna Marindən əvvəl Portuqaliya Baş naziri Antonio Kosta ukraynalı həmkarı Denis Şmıqalın dəvəti ilə Ukraynaya gəlib və İrpenə baş çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər