27 May 2022 00:27
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin terrorçulara dəstək verməsi səbəbindən NATO üzvlüyünə etiraz etdiyi İsveçin dövlət televiziyası (SVT) PKK terror təşkilatının uzantısı YPG-nin lideri Saleh Müslümdən müsahibə alıb.

Teleqraf.com xəbər verir ki, Müslüm müsahibəsində İsveçin heç vaxt YPG-ni terror təşkilatı hesab etməyəcəyini iddia edib.

Onun sözlərinə görə, İsveç NATO-ya üzvlüyə görə heç vaxt YPG-ni terror təşkilatı kimi tanımayacaq və Türkiyənin alyansa üzvlük tələblərinə müsbət cavab verməyək.

Terror təşkilatının lideri Saleh Müslümün müxbirin YPG-nin PKK-ya bağlı olub-olmaması ilə bağlı sualına cavab vermək istəməməsi də diqqət çəkib.

İsveç dövlət televiziyasının bölgədə çəkdiyi görüntülərdə PKK terror təşkilatının lideri Abdullah Öcalanın bir çox yerdən asılmış fotoları da yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər