29 Noyabr 2014 21:17
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda türk milliyyətçiliyinin ideoloqlarından biri olan Ziya Göyalpın fəlsəfəsinin müasir dövrlə əlaqələrinə həsr olunmuş konfrans keçirilib.

xəbərinə görə, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkil etdiyi toplantıda çıxış edən Türkiyənin duayen sosioloqlarından biri, professor Orxan Türkdoğan qədim türk yazılı abidələrindən Səlçuqlu dövlətinə qədər və daha sonra Osmanlı imperiyasında “türklük” məfhumunun məruz qaldığı aşınmalar barədə məlumat verib.

Duayen tarixçi, professor Xəlil İnalcıqın “1520-ci ildə Osmanlı imperiyasında türklük tamamən bitmişdi” fikrini xatırladan O. Türkdoğan “Osmanlı imperiyasının xarabalıq dönəmi” kimi xarakterizə etdiyi 1900-cü illərin əvvəllərindən başlayaraq ortaya çıxan türklük şüurunun cəmiyyətdə yayılmasından danışıb: “1911-ci ildə İstanbula gələn 35 yaşlı Ziya bəy burada “Türk ocaqları”nın qurucuları Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Yusif Akçura, Abdullah Cevdət ilə yaxın əlaqə yaradıb. 1917-ci ildə yazdığı “Türkçülüyün əsasları” kitabında ortaya qoyduğu əsas tezislərdə adıçəkilən şəxslərin tarixi rolu olub”.

Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsində Z. Göyalpın fikirlərinin önəmini qeyd edən professor Mustafa Kamal Atatürkün “fikirlərindən çox istifadə etdiyim mənəvi atam” dediyi Z. Göyalpın elmi irsinin ənənəvi metodologiya əsasında deyil, tarixin dinamik axışı içərisində dəyərləndirilməsinin türklük, islamçılıq və müasirlik baxımından vacibliyini vurğulayıb.

Qeyd edək ki, 1924-cü ildə 48 yaşında vəfat edən Z. Göyalp İstanbulun Çəmbərlitaş səmtindəki tarixi məzarlıqda dəfn edilib. Z. Göyalpın ölümümün 90-cı ili münasibəti ilə Türkiyənin milliyyətçi qurumları və ali məktəblər tərəfindən elmi konfranslar keçirib.

1912-ci ildə qurulan “Türk ocaqları” 1923-cü ildə elan edilmiş Türkiyə Cümhuriyyətinin ideoloji təməlində önəmli rol oynamış fikir mərkəzidir. “Türk ocaqları”nın quruluş toplantıları əslən şuşalı olan professor Əhməd Ağaoğlunun İstanbuldakı evində keçirilib. Ocağın yaranmasında və inkişafında Azərbaycan mənşəli filosof Əlibəy Hüseynzadənin də mühüm rolu olub.


Müəllif:

Oxşar xəbərlər