24 İyun 2022 01:32
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putini seksizmdə günahlandıran ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kreml sahibini onu təhqir etdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Klinton illər sonra Rusiya prezidenti ilə bağlı təəccüblü açıqlamalar verib.

Putini seksizmdə ittiham edən Klinton qadın olduğu üçün Rusiya liderinin ona qarşı kinli davrandığını deyib.

Klinton 2010-cu ildə Putinlə görüşü haqda da danışıb.

Sabiq dövlət katibinin sözlərinə görə, rəsmi görüş zamanı Putin onu təhqir edib: “Mənə qarşı çox seksist davrandı”.

Klinton Putinin qəribə insan olduğunu vurğulayıb: “Təkbətək faydalı söhbətimiz oldu. Sonra jurnalistlərin qarşısına çıxanda yanımda olmasına baxmayaraq, ABŞ-ı təhqir edən sözlər deyirdi”.

Sabiq dövlət katibi əlavə edib:

“Nyu-Yorkda metroda kişilərin xoşagəlməz oturuşu ilə bağlı yaranan, sonra isə lüğətə daxil olan “manspreading” adlı bir söz var. Putinlə hər dəfə görüşəndə ​​məhz bunu hiss edirdim”.


Müəllif: Mənsur Rəğbətoğlu