23 İyun 2022 22:32
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Prezidenti Gitanas Nauseda Avropa İttifaqının Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə Rusiyanın Kalininqrad anklavına göndərilən tranziti qadağan edilən malların siyahısını genişləndirməyə hazır olduqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, prezident ölkəsinin Rusiyanın istənilən cavab tədbirləri ilə üzləşməyə hazır olduğunu deyib.

“Rusiyanın BRELL (elektrik şəbəkəsi) sistemindən ayrılması kimi istənilən qeyri-dost hərəkətlərinə hazırıq”, - Nauseda qeyd edib.

Prezident vurğulayıb ki, tranzit məhdudiyyətləri təkcə Litvanın qərarı deyil, bu, həm də Ukraynada davam edən müharibə ilə əlaqədar Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.

O, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə ölkənin qadağan olunmuş malların siyahısını genişləndirməyə hazır olduğunu bildirib.

Litvanın Kalininqrad bölgəsi vasitəsilə sanksiyaya məruz qalan məhsulların tranzitini dayandırmasına Rusiya sərt reaksiya verib.

Kalininqrad federasiya ilə quru əlaqəsi olmayan, Litva və Polşa arasında - Baltik dənizi sahilində yerləşən Rusiya ərazisidir.


Müəllif: Mənsur Rəğbətoğlu