25 İyun 2022 22:29
1 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Boris Conson hökumət üzvləri önəmli iqtisadi xərclərə görə Ukraynaya dəstəyi dayandırmağa qərar verərsə, istefa verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, o, bunu BBC-yə müsahibəsində deyib:

“Əgər mən Ukraynaya dəstəyi dayandırmaq faktı ilə qarşılaşsaydım, çünki vəziyyət getdikcə çətinləşir və ukraynalıların qəhrəmanlıq azadlıq mübarizəsinə dəstək verməyin dəyəri inflyasiya və iqtisadi zərər baxımından çox yüksəkdir, arqumentləri qəbul edib gedərdim. Amma bunun olacağını düşünmürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu