26 İyun 2022 18:57
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Vladimir Putin əvvəlcə Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya Prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək, o, Rusiya Prezidenti ilə danışıqlardan bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.


Müəllif: Teleqraf.com