27 İyun 2022 13:42
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən G7 sammitində Rusiyaya qarşı birlik mesajı ortaya qoyulub.

Teleqraf.com xəbər verir ki, Almaniyada görüşən G7 ölkələrinin liderləri diqqətçəkən bir mesaj verib.

Üç günlük G7 sammitinin ilk günündə Bavariyada bir araya gələn liderlər Rusiya Prezidenti Vladimir Putini ələ salıblar.

Fotosessiya zamanı Böyük Britaniyanın baş naziri Boris Conson onlara pencəklərini çıxarmaq və ya hətta soyunmaq lazım olub-olmadığını soruşduqda, Kanadanın baş naziri Kastin Trüdo “Ayaqyalın minməliyik?”,- deyib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Bəli, at sürmək ən yaxşısıdır”, - deyib.

Liderlər Vladimir Putinin keçmişdə Rusiya dövlət agentliyinin təqdim etdiyi fotolarını ələ salıblar. Liderlərin bəziləri pencəklərini, bəziləri isə qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açıblar.

Fotosessiya zamanı Consonun “Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək”, - deməsindən sonra liderlər gülüb.

G7 liderləri sinələrini nümayiş etdirərək ayaqyalın şəkildə yəhərlənməyən at minən Putini ələ salıblar.


Müəllif: Nemət