29 İyun 2022 11:30
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Boris Conson Almaniyanın ZDF telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putinin Ukraynaya hücumunu “çılğınlıq və maço” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Conson Putinin cinsini müharibəyə səbəb olan faktor kimi göstərib.

“Əgər Putin qadın olsaydı, əlbəttə belə olmadığı dəqiqdir, amma həqiqətən də çılğın və maço işğal və şiddət müharibəsinə girişməzdi”, - baş nazir bildirib.

Conson qadınların daha çox iqtidarda olmasının lazım olduğunu söyləyib:

“Zəhərli kişiliyin mükəmməl nümunəsini istəyirsinizsə, Ukraynada etdiyi şey budur”.

Baş nazir onu da əlavə edib ki, G7 liderləri Ukraynada müharibəyə son qoymağa çalışsalar da, hazırda razılaşma yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu