29 İyun 2022 21:13
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Türkiyəni Suriyanın şimalında gərginliyi artıracaq addımlardan çəkinməyə çağırır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Mətbuat konfransında Türkiyənin Suriyanın şimalındakı PKK/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatı ilə bağlı suala cavab verən Zaxarova bildirib:

“Türk tərəfdaşlarımızı gərginliyi təhlükəli şəkildə artıra biləcək addımlardan çəkinməyə çağırırıq. Hesab edirik ki, Suriyanın legitim hökumətinin razılığı olmadan həyata keçirilən silahlı fəaliyyət Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur”.


Müəllif: Mənsur Rəğbətoğlu