2 İyul 2022 23:02
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Qaraqalpaqıstan Respublikası ərazisində vətəndaşların təhlükəsizliyini təmin etmək, hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib.

"Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədi ilə Prezidentin sərəncamı ilə iyulun 3-də saat 00:01-dən 2 avqust saat 00:00-dək Qaraqalpaqıstan Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com