3 İyul 2022 11:24
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Qaraqalpaqıstanın Nukus şəhərinə yollanıb.

Teleqraf.com xəbər verir ki, Özbəkistan dövlətinin başçısı şənbə günü kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaqıstanın paytaxtında olub və gecə saatlarında geri qayıtmışdı.

Nukusda hazırda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhdudlaşdırılıb. Mobil rabitə işləyir.

Respublikada etirazlar sakinlərin Konstitusiyaya təklif olunan və regionun statusunun dəyişdirilməsini nəzərdə tutan əlavələrdən narazılığı fonunda baş verib.

Ötən gücədən Qaraqalpaqıstanda bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Müəllif: Teleqraf.com