5 İyul 2022 00:39
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın üç mərhələli bərpa planı üçün 750 milyard dollara ehtiyacı var.

Teleqraf.com xəbər verir k, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Şmıqal İsveçrənin ev sahibliyi etdiyi Ukraynanın Bərpası Konfransında Rusiyanın işğalı nəticəsində ölkənin infrastrukturuna 100 milyard dollardan çox birbaşa ziyan dəydiyini açıqlayıb.

“Bu gün Ukraynanın birbaşa infrastruktur itkiləri 100 milyard dollardan artıqdır. Artıq 750 milyard dollar dəyərində qiymətləndirilən yenilənmə planının pulunu kim ödəyəcək?", - deyə sual edən Baş nazirin sözlərinə görə, Ukrayna hökuməti hesab edir ki, bərpa planı üçün əsas maliyyə mənbəyi rus oliqarxlarından müsadirə edilmiş aktivlər olmalıdır.


Müəllif: Teleqraf.com