5 İyul 2022 21:37
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın Luqansk vilayətini tam işğal etməsi ilə bağlı iddia irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, sözügedən iddianın mənbəyi “Röyter” agentliyidir.

Agentliyin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin dünən rus qoşunlarını Ukraynadakı hərbi əməliyyatlarda mühüm mərhələ olan “Luqanskın azad edilməsi” münasibətilə təbrik edib.

Rusiya müdafiə naziri Sergey Şoyqu dünən Ukraynanın şərqindəki “son qala” Lisıçansk şəhərinin tamamilə rus qüvvələrinin nəzarətinə keçdiyini açıqlamışdı.

Açıqlamada Lisıçansk şəhəri və Beloqorivka, Novodrujesk, Maloryazantseve və Belaya Qora yaşayış məntəqələri üzərində tam nəzarətə nail olunduğu da bildirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu