Koalisiya ortağı olan iki nazir "vuruldu", parlament buraxılacaq
İsrailin Baş naziri Binyamin Netanyahunun hökumətin koalisiya ortağı olan 2 naziri vəzifəsindən uzalaşdırdığı bildirilir.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, İsrail hökumətinin yaydığı yazılı açıqlamada Baş nazir Netanyahunun hökumət böhranı ilə əlaqədar Knesseti buraxacağı və növbədənkənar parlament seçkilərinə gedəcəyi bildirilir.
The Jerusalem Post qəzetinin yazdığına görə, Baş nazir Binyamin Netanyahu "Ti Atid" və "A-Tnua" partiyasının liderləri olan iki naziri - Ədliyyə naziri Tsipi Livnini və Maliyyə naziri Yair Lapidi vəzifəsindən uzaqlaşdırıb.
Lapidin istefası barədə qərar onunla görüşdən bir sutka ötməmiş verilib. Tsipi Livni isı görüşndən bir neçə saat sonra istefaya göndərilib. Buna qədər isə Netanyahu Aviqdor Libermanla, eləcə də Yair Lapid və Naftali Bennetlə görüşüb.
"Son həftələr, eləcə də son sutkalar ərzində nazirlər Lapid və Livni rəhbərlik etdiyim hökumətə hücum edirdilər. Mən hökumət daxilində əks fəaliyyətə dözüm nümayiş etdirməyəcəyəm. Eləcə də hökumətin nazirləri tərəfindən nazirlər kabinetinin siyasətinə və onun liderinə qarşı hücumlara dözməyəcəyəm", -Netanyahu deyib.
Qeyd edək ki, İsraildə 2 il əvvəl fəaliyyətə başlayan hökumətə koalisiya ortağı olan Lapid 19 millət vəkili, Livni isə 6 millət vəkili ilə bu koalisiyaya daxil olmuşdular.
Nihad