21 İyul 2022 11:18
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk Əfqanıstanda Taliban hökumətinin televiziya kanalı olan RTA və Bakhtar xəbər agentliyinin hesablarını bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə agentliyin özü məlumat yayıb.

Xəbər agentliyi açıqlamasında bildirib ki, Feysbukun bu qərarı əfqanları mətbuat azadlığı hüququndan məhrum etmək məqsədi daşıyır.

Əfqanıstan dövlət televiziyasının sədri Əhmədullah Vasik RTA-nın əfqan xalqının səsi olduğunu bildirib və Feysbuk rəhbərliyinin bağladıqları hesabları yenidən açmasını tələb edib.


Müəllif: Aysel Azad