29 İyul 2022 13:03
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan baş naziri Viktor Orban Ukraynanın NATO-ya xas dəstək strategiyası ilə Rusiyanı məğlub edə bilməyəcəyini bildirib, həmçinin Avropa iqtisadiyyatı üçün ağır nəticələrlə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, baş nazir müharibəni bu formada qazanmağın mümkünsüzlüyünü bildirib.

Orban əlavə edib ki, NATO ölkələrinin Ukraynanı silah və təlimlə dəstəkləmək strategiyası indiyə qədər uğur gətirmədiyini göstərdi.

Strategiya dəyişdirilməsə, sülhün olmayacağını deyən Orban bu halda halda bütün Avropa İttifaqının hərbi vəziyyətə düşəcəyi xəbərdarlığını da edib: "Müharibə davam edərsə, Aİ-də tənəzzüldən necə qaça biləcəyimiz aydın deyil".


Müəllif: Nemət