Terror təşkilatı YPG/PKK Suriyanın şərqindəki Rakka vilayətində 16 yerli media işçisini saxlayıb.
Teleqraf.com xəbər verir ki, onlardan bəzilərinin evlərinə basqın edilib.
Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) verdiyi açıqlamaya görə, terrorçular Suriya Demokratik Qüvvələri adından istifadə ediblər.
Mətbuat işçilərinin casusluq iddihamı ilə saxlandığı bildirilib.