1 Avqust 2022 18:00
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus və Rusiya konfederasiya dövlət sisteminə malik ölkələrin həsəd aparacağı ittifaq qura bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Rusiya və Belarusun müstəqilliyini qoruyub saxlamaqla elə bir ittifaq qura biləcəyik ki, həm federativ, həm konfederativ dövlətlər, həm də bəlkə unitar dövlətlər də həsəd aparsınlar”, - Belarus başçısı söyləyib.

Onun sözlərinə görə, Belarus və Rusiya öz suverenliyini itirmədən ən yaxın ittifaq qura bilərlər:

“Biz kifayət qədər ağıllı insanlarıq. Rusiyada isə prezidentin (Vladimir Putin) tamamilə ağlı başındadır və bizim hansı istiqamətdə hərəkət etməli olduğumuzu anlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər