2 Avqust 2022 13:55
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanı işğal etməsi səbəbindən Rusiyanın üzləşdiyi sanksiyalar ölkədə turizm sahəsini iflic edib. Ancaq Rusiyada yayımlanan yeni video ilə dünyanın hər yerindən insanlar ölkəyə dəvət olunur. Lakin videonun satira, yoxsa real olduğu bəlli deyil.

Teleqraf.com xəbər verir ki, “Rusiyaya köçmək vaxtıdır” başlıqlı video gülməli olmaqla yanaşı “Rusiyaya gəlmək təklifləri” də lağ mövzusu olub.

Bir çox insanlar sosial şəbəkələrdə videonun real, yoxsa parodiya olduğunu müzakirə edir.

Rusiyanın İspaniyadakı səfirliyi sosial media hesabında videonun 53 saniyəlik klipini yayımlayıb. Lakin videonun Kreml tərəfindən yayılıb-yayılmaması hələlik məlum deyil.

Rusiyaya köçməyə səbəbi kimi "yaxşı yemək, gözəl qızlar, mühüm tarix, unikal memarlıq və ucuz qaz, elektrik və su təminatı" göstərilir. Klip “Rusiyaya köçmək vaxtıdır” mətnindən sonra xatırlatma ilə bitir: “Gecikmə, qış gəlir”

Videodakı "gözəl qızlar" ifadəsi sosial mediada xüsusi reaksiyaya səbəb olub. Bəziləri kampaniyada qadınlardan istifadəni pisləsə də, videonu ciddi qəbul etməyənlər də az deyil.

Kadrlara baxanda və ölkədəki son vəziyyəti nəzərə alanda videonun real ola biləcəyi ehtimalı da var.


Müəllif: Nemət

Oxşar xəbərlər