Rus ordusu Zaporoji şəhərinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şəhər Şurasının katibi Anatoli Kurtev öz Telegram kanalında məlumat yayıb.
"Bu gün saat 03:30 radələrində hava həyəcanı zamanı düşmən şəhərin rayonlarından birinin kənarına zərbələr endirib. Hündürmərtəbəli bina və bir neçə fərdi yaşayış evi dağıdılıb. Xoşbəxtlikdən evlərdə heç kim olmayıb. Ətrafdakı insanlar arasında itkilər var”, - deyə o bildirib.
Kurtev vətəndaşları təhlükəsiz yerlərə getməyə çağırıb.