4 Dekabr 2014 07:15
786

"İraq və Şam İslam Dövləti” ("İŞİD") terror qruplaşması Liviyanın şərqində silahlıların hazırlanması məqsədi ilə bir neçə təlim bazası yaradıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ ordu generalı Devid Rodriqes bəyan edib.

ABŞ Silahlı Qüvvələri Afrika komandanlığının başçısı deyib ki, adıçəkilən düşərgələrdə bir neçə yüz silahlı təlim keçə bilər. “Baxmayaraq ki, Liviyada “İŞİD”in təlim bazaları nisbətən zəifdir, biz orada baş verənləri diqqətlə izləyirik”, deyə D.Rodriqes bildirib.

Onun sözlərinə görə, hazırda Liviyadakı düşərgələr hədəfdə olmasalar da, terrorçuların mövqelərinə hava zərbələrinin endirilməsi məsələsi artıq gündəmdədir.


Müəllif: