ABŞ-ı idarə edən səriştəsiz şəxslər sayəsində dünya üçüncü dünya müharibəsinə doğru irəliləyir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) deyib.
“Bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsi başlıya bilər. Bu müharibə tarixin ən pisi olacaq, çünki bizim əvvəllər heç vaxt görülməmiş silahlarımız var” - , deyə Tramp qeyd edib.