4 Dekabr 2014 08:44
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı (DB) "Ebola" virusu epidemiyası davam edən Syerra-Leonenin iqtisadiyyatını dəstəkləmək üçün 160 milyon dollar həcmində yardım ayırıb. Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən bu barədə məlumat verir.

Bu barədə Syerra-Leone prezidenti Ernest Baya Koromanın DB rəhbəri Cim Yon Kimlə çərşənbə günü Fritaunda keçirilən görüşün yekunlarına dair bildirilib.

Gözlənilir ki, beynəlxalq maliyyə qurumu tərəfindən ayrılan vəsaitlər, əsasən, epidemiya üzündən zərər çəkmiş kənd təsərrüfatı sektorunun sağlamlaşdırılmasına və iş yerlərinin yaradılmasına yönələcək.

"Biz Ebola virusu epidemiyasının yayılması ilə əlaqədar Syerra-Leonenin aqrar sektorunda məhsulun azalması ilə çox narahatıq", - Cim Yon Kim yerli kəndlilərə dəstək verərək bu barədə deyib.

Корома Ebola virusu epidemiyasının qarşısının alınması üzrə tədbirləri şərh edərkən öz tərəfindən bəyan edib ki, "prioritet ölkəni yox virusu təcrid etməkdir".

Ümumdünya səhiyyə təşkilatının (ÜST) son məlumatlarına görə, epidemiyanın yayılmasının qurbanları 6 min nəfərə çatıb, daha 17 min nəfər yoluxub.

Təhlükəli virusun ən çox qurbanları Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər