ABŞ hökuməti Ukraynaya 1 milyard dollarlıq müdafiə yardımının ayrıldığını elan edib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol deyib.
Məlumata əsasən, yeni hərbi yardım paketinə HİMARS sistemləri üçün raketlər, 155 mm və 120 mm-lik sursatlar, NASAMS HHM sistemlərinə raketlər, digər silahlar və texnika daxildir.