10 Avqust 2022 14:31
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novofedorivkadakı (Krım) aviabazasındakı partlayışların yerli partizanlarla əlaqəsi ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

“Yadınızdadırsa, bu ilin yanvarında “Milli Müqavimət haqqında” qanun qəbul edilmişdi, orada ərazilərin müdafiəsindən, Xüsusi Əməliyyat Qüvvələrindən danışılır. Bu, Silahlı Qüvvələrin başqa bir növüdür. Bu qüvvələr düşmən ərazisində də fəaliyyət göstərə bilər. Ona görə də Krımda yeraltı nöqtələr, partizanlar və Xüsusi Əməliyyat Qüvvələrinin hərbçiləri ola bilər. Ukrayna bunu təsdiq edirmi? Yox. Düzgün edir. Çünki bu, hibrid müharibədir. Bu, Ukraynaya faydalı olduğu müddətcə edilməlidir”, - general bildirib.

Eyni zamanda, o, aerodroma raket hücumu ehtimalını da istisna etmir:

“Bəli, raket hücumu da ola bilərdi. Son vaxtlara qədər “Stingers”ə sahib olacağımızı düşünmürdük, sonra isə HIMARS əldə edəcəyimizi fikirləşmirdik. HIMARS 80 kilometrə qədər vura bilirdi. İndi isə bu, ATACMS sistemləri ilə 300 kilometr məsafəyə çatdırılıb”.

Romanenko vurğulayıb ki, düşmənə təsir daimi olmalıdır:

“Ali Baş Komandan Xerson və ətrafının azad edilməsi missiyası müəyyən edib və bu vəzifə əsas olmalıdır. Bu və ya digər şəkildə buna hazırlaşmalıyıq. Təəssüf ki, potensialımız Rusiyanın potensialından azdır. Amma işğaldan azad olmaq üçün hazırlıq gedir, hərbi baxımdan çox çətin işdir, bununla belə, həyata keçirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu