13 Avqust 2022 22:16
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə silah və enerji resursları sahəsində mövqelərini gücləndirir. Ölkəmiz təkcə son iki onillikdə dünya bazarında özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiq edib və silah idxalçıları kateqoriyasından çıxıb. Türkiyənin müdafiə sahəsində idxaldan asılılığı son 21 ildə minimuma enib".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

O bildirib ki, Türkiyənin gücü yalnız müdafiə sektoru ilə məhdudlaşmır. Onun sözlərinə görə, enerji sahəsində də mühüm addımlar atılır.

"Avropalılar qarşıdan gələn qışdan ciddi narahat olduqları halda, Türkiyə enerji təhlükəsizliyini təmin etmək üçün strateji addımlar atır”, - Ərdoğan bildirib.

O qeyd edib ki, Qara və Aralıq dənizlərinin Türkiyəyə aid hissələrində kəşfiyyat və qazma işləri davam edir.

"Əmin ola bilərsiniz ki, yerli yataqlardan hasil edilən qaz sayəsində Türkiyə daha da güclənəcək"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər