18 Avqust 2022 20:09
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə növbəti dəfə Finlandiya Baş naziri Sanna Marin haqqında danışılır. İştirak etdiyi parti və geyindiyi paltarla ölkə gündəminə düşən 36 yaşlı baş nazirin gecə əyləncəsi ilə bağlı görüntüləri müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, yayılan videoda Marinin rəfiqələri ilə içki içərkən, finlandiyalı reper Petri Nyüqard və pop müğənnisi Antti Tuyskun mahnılarını oxuyarkən görülür.

Finlandiyanın “İltalehti” qəzetinin məlumatına görə, sözügedən videoda Marini müğənni Alma, teleaparıcı Tinni Uikström, yutuber İlona Ylikorpi və radio aparıcısı Karolina Tüminen müşayiət edir.

Məşhur simalarla əylənən Marinin bu görüntüsü ilə bağlı xəbərdə deyilir: “Videonun nə vaxt və harada çəkildiyini dəqiq söyləmək mümkün deyil”.

Görüntülər internetə çıxdıqdan sonra qəzet Marin və ya komandasına çatmağa çalışdığını, amma cavab ala bilmədiyini yazıb.

Bir çox sosial şəbəkə istifadəçisi Marini siyasətlə məşğul olmasına baxmayaraq özünə vaxt ayırmasına normal yanaşdığını bildirsə də, bəziləri bu davranışlarının vəzifəsinə uyğun gəlmədiyini qeyd ediblər. “Marin gecə əyləncəsindən ayrıla bilmir” ifadəsini yazıbanlar da olub.

Finlandiyanın xanım baş naziri əvvəllər də gecə əyləncəsinə marağına görə gündəmə gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu