21 Avqust 2022 19:25
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz bu gün Berlində deyib ki, NATO heç vaxt Rusiya üçün təhlükə törətməyib.

Teleqraf.com xəbər verir ki, Şolz bunu Federal Kansler Aparatında keçirilən açıq qapı günündə vətəndaşların suallarını cavablandırarkən deyib .

O əlavə edib ki, NATO və ABŞ Rusiya prezidenti Vladimir Putinin yenidən silahlara nəzarət haqqında danışmağa başlamaq təklifinə müsbət cavab verib.

Şolz iddia edir ki, bu hallarla əlaqədar Ukraynada vəziyyətin indiki gərginliyi üçün heç bir real səbəb yox idi.

Eyni zamanda, kansler qeyd edib ki, o, “və bir çoxları” kimi Rusiya Prezidenti ilə danışıqlar aparıb: “Bir məqamda mən Putinə çox aydın dedim ki, siz də bilirsiniz ki, Ukraynanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər