23 Avqust 2022 17:36
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna xalqı indi təkcə öz azadlığı üçün deyil, həm də Rusiyanın azadlığı üçün mübarizə aparır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

“Ukraynanın ruslar olmadan təkbaşına döyüşməsi ədalətsizlikdir. Daha doğrusu, Ukraynadan olan xeyli sayda rus var ki, onlar burada bizimlə döyüşürlər - 2 mindən 4 min nəfərə qədər”, - siyasətçi bildirib.

Ponomaryov Rusiya vətəndaşlarının Kremlə qarşı mübarizə apardıqlarını iddia edib:

“Rusiyada vətəndaş müharibəsinin çoxdan davam etdiyinə inanıram. Həm də bunu həmişə bu hakimiyyətin içində olmuş partizanlar və ya liberallar başlatmayıb. Bunu Vladimir Putin başladıb”.

O, hazırda Rusiyada fəaliyyət göstərən partizan təşkilatlarından da söz açıb. Ponomaryovun sözlərinə görə, üç belə şəbəkədən xəbəri var: “Onların təxminən 80 faizi solçu, 20 faizi isə sağçı fəallardan ibarətdir”.

Ponomaryov bundan əvvəl iddia etmişdi ki, Vladimir Putinin yerinə baş nazir Mixail Mişustin gəlsə, Ukraynada hərbi əməliyyatları dayandırmağa çalışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu