Türkiyə Ukrayna Silahlı Qüvvələrinə partlayıcı əleyhinə zirehlə təmin edilmiş 50 hərbi texnika verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
Məlumata görə, “Kirpi” markalı zirehli texnikaların tədarükü Ukrayna ilə istehsalçı şirkət arasında razılaşmanın deyil, hökumətlər arasında anlaşmanın nəticəsidir.
Razılaşmaya əsasən, Türkiyə Müdafiə Nazirliyi 50 “Kirpi”dən ibarət ilk partiyanı Ukraynaya çatdırıb.
Tədarükün bundan sonra da davam edəcəyi bildirilib.