24 Avqust 2022 12:37
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalında və Suriyanın şimal-şərqində həyata keçirilən təsirli nöqtə əməliyyatlarında onlarla “lider”ini itirən terror təşkilatı PKK/DSG bütün fəaliyyətlərində elektron cihaz və smart telefonlardan istifadəni qadağan edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) xüsusi əməliyyatları və SİHA-lara qarşı tədbir görülməsi məqsədi ilə PKK/YPG rəhbərləri Suriyanın şimal-şərqində təşkilatın nəzarətində olan bölgələrdəki bütün birliklər üçün “təlimat” verilib.

Təlimata əsasən təşkilatın yüksək rütbəli hərbi qulluqçuları da daxil olmaqla bütün hərbi qulluqçulara ağıllı mobil telefon və elektron cihazlardan istifadə qadağan olunub.

Təşkilatın “Müdafiə Nazirliyi” qadağanı pozanların telefonlarının müsadirə ediləcəyini və 300 min Suriya lirəsi məbləğində cərimələnəcəyini vurğulayıb.

Təşkilatın kadrlarına hava hücumlarından qorunmaq üçün kiçik yaşayış məntəqələrini tərk edərək şəhərlərdə böyük məhəllələrdəki evlərdə qalmaları, smart telefonlar əvəzinə sadə telefonlardan istifadə etmələri tapşırılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər