ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədəki hərbi fəaliyyətini artıran Çin Tayvanın Kinmen adasına pilotsuz uçan aparat göndərib.
Teleqraf.com xəbər verir ki, izlənildiyini anlayan Tayvan əsgərləri daş ataraq dronu yerə salmağa çalışıblar.
Görüntülərin sosial mediada sürətlə yayılmasından sonra Tayvan Müdafiə Nazirliyi əsgərlərin son dərəcə ayıq-sayıq olduqlarını və prosedurlara uyğun hərəkət etdiklərini bildirib. Başqa bir açıqlamada nazirlik həmçinin gələn il daha kiçik adalarda anti-dron sistemləri yerləşdirəcəklərini vurğulayın.
Çin isə bölgədə yeni təlimə başlayacağını açıqlayıb. 26-27 avqust tarixlərində Tayvanla üzbəüz Fucian əyalətinin sahillərində keçiriləcək təlimdə əsl sursatdan istifadə ediləcəyini bildirib.