27 Avqust 2022 13:33
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya kəşfiyyatı Almaniyada müxtəlif silah sistemləri üzrə təlim keçən ukraynalı əsgərləri casusluğa cəlb etməyə cəhd edir.

Teleqraf.com xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.

“Spigel”in xəbərində Almaniya səlahiyyətlilərinin ABŞ və Almaniya Silahlı Qüvvələrinin Ukrayna əsgərlərinə təlim keçdiyi Reynland-Pfaltsdakı İdar-Oberşteyn və Bavariyadakı Qrafenvöhr hərbi obyektlərinin qarşısında şübhəli avtomobilləri müşahidə etdiyi bildirilib.

Xəbərdə təhlükəsizlik dairələrinin Rusiya kəşfiyyatının ukraynalı əsgərlərin mobil telefon məlumatlarının radio skanerlər vasitəsilə casusluq yolu ilə əldə edəcəyindən şübhələndiyi bildirilib və təlim bölgələri üzərində dəfələrlə kiçik pilotsuz təyyarələrin uçuşunun göründüyü qeyd edilib.

Almaniya Hərbi Kəşfiyyat İdarəsinin (MAD) rəhbəri Martina Rosenberq də Almaniya Silahlı Qüvvələrinin saytına verdiyi açıqlamada Rusiyadan gələn casusluq təhlükəsinə qarşı xəbərdarlıq edib.

Rusiyanın 24 fevralda Ukraynaya qarşı müharibəsindən sonra təhdid vəziyyətinin dəyişdiyini bildirən Rosenberq xüsusilə Ukrayna əsgərlərinin Almaniyada təlim keçməsi və Ukraynaya silah tədarükü ilə Almaniyaya marağın artdığını əlavə edib.

Pilotsuz uçuş aparatlarının Ukrayna hərbi qüvvələrinin təlim keçdiyi ərazidən uçarkən casusluq və təxribat imkanlarının diqqətlə araşdırılmasının lazım olduğunu vurğulayan Rozenberq onların yaxından izlənildiyini qeyd edib.


Müəllif: Nemət