29 Avqust 2022 18:04
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Təsnim” agentliyinə müsahibəsində danışıb.

“Bu suala əvvəl də cavab vermişəm və “yox” demişəm. Yenə təkrar edirəm - yox. Onunla görüşümün İran xalqına heç bir faydası yoxdur və olmayacaq. Belə bir görüş üçün heç bir plan yoxdur və olmayacaq”, - Rəisi bildirib.

İran prezidenti BMT Baş Assambleyasının sentyabrın 20-26-da keçiriləcək sammitində iştirak etmək üçün Nyu-Yorka gedəcək.

İbrahim Rəisi keçən il koronavirus pandemiyasına görə Nyu-Yorka getməyib, tədbirə onlyan formada qatılıb. İran nümayəndə heyətinə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan başçılıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər